Digər

Pakistanda daha bir terror aktı: ölənlər və yaralananlar var

18 May 2026, 16:41 9 baxış
Pakistanda daha bir terror aktı: ölənlər və yaralananlar var

Bu gün Pakistanın Xeybər-Paxtunxva vilayətinin Cənubi Vəziristan dairəsindəki Vana şəhərinin “Gülşən Plaza” ticarət mərkəzinin yanında partlayış baş verib.


Axar.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.


Məlumata görə, partlayış nəticəsində üç nəfər həlak olub, dörd nəfər yaralanıb.


Ölənlər arasında partlayış zamanı oradan keçən Əhmədzay qəbiləsinin başçısı Malik Tariqin də olduğu bildirilir.


Hücuma görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Mənbə axar.az

Oxşar Xəbərlər