Digər
Litvada Ukrayna PUA-sı qəzaya uğradı
Litvada qəzaya uğrayan döyüş PUA-sının Ukrayna tərəfindən buraxıldığı ehtimal olunur.
Axar.az xəbər verir ki, bu barədə Litva Milli Böhranların İdarə Edilməsi Mərkəzinin məlumatında deyilir.
"İlkin məlumatlara görə, bu, çox güman ki, Ukrayna dronudur", - deyə bildirilib.
Dron ölkənin şərq hissəsindəki Utena rayonunun Samane kəndi yaxınlığında boş ərazidə qəzaya uğrayıb.
PUA-nın zərbə anında partladığına dair heç bir əlamət yoxdur.
Mənbə
axar.az