Cəmiyyət
"Gənclik"dəki tuneldə dəhşətli qəza - Video
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Bakı.vs-ə istinadla xəbər verir ki, hadisə "Gənclik" metro stansiyasının yaxınlığındakı tuneldə qeydə alınıb.
Bildirilir ki, qara rəngli "Leksus" və "Hunday" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən biri ağır xəsarət alıb.
Hadisə zamanı ölən olmadığı qeyd edilir.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Mənbə
axar.az