Dünya
ABŞ Məxfi Xidmətinin əməkdaşları Ukraynaya gizli səfəri: Məqsəd nə idi?
ABŞ Məxfi Xidmətinin əməkdaşları pilotsuz uçuş aparatlarından (PUA) istifadə üsullarını öyrənmək üçün Ukraynaya səfər ediblər. Oxu.Az "CBS News" telekanalına istinadən xəbər verir ki, bu barədə xiddmətin direktor müavini Metyu Kuinn bildirib. "Komandalarımız oradan iki həftə əvvəl qayıdıblar", - deyə o, Ukraynadakı münaqişə zamanı PUA-lardan istifadənin mütəxəssislərə hansı dərsləri verdiyi barədə suala cavabında bildirib. "Onlar hadisələrin ön cəbhəsindədirlər. Bu texnologiyaların bizim ölkəmizə də çatacağını bilirik. Buna görə də həmin təcrübədən proqramımızı formalaşdırmaq və təhlükə burada yaranmazdan əvvəl ona hazırlaşmaq üçün istifadə edirik", - Kuinn əlavə edib. ABŞ Məxfi Xidmətinin direktoru Şon Karran ABŞ ərazisində PUA-larla hücumların mümkün olub-olmadığı barədə suala cavabında belə bir ehtimala "hazırlaşmağın zəruri olduğunu" deyib.
Mənbə
oxu.az