Maraqlı
Telefondan eyni vəziyyətdə uzun müddət istifadə etməyin fəsadları açıqlandı
"Başıaşağı vəziyyətdə smartfonda uzun müddət xəbər lentini oxumaq boyun əzələlərində gərginliyə, başağrılarına və çiyinlərdə sıxılma hissinə səbəb ola bilər". Oxu.Az xəbər verir ki, bunu rusiyalı həkim-nevroloq Yekaterina Buşuyeva RT-yə müsahibəsində bildirib. Mütəxəssisin sözlərinə görə, telefondan istifadə edərkən insanlar adətən başını önə əyir və uzun müddət hərəkətsiz qalırlar. "Bu vəziyyətdə boyunun arxa səthindəki əzələlər başı daim saxlamaq məcburiyyətində qalır ki, bu da onlara düşən yükü artırır. Davamlı gərginlik kürəklər arasında ağrı, boyunun hərəkət məhdudiyyəti və ənsədən gicgahlara və ya alına doğru yayılan baş ağrıları yarada bilər. Bununla belə, smartfondan istifadə özlüyündə fəqərələrin dağılmasına və ya yırtıqların əmələ gəlməsinə gətirib çıxarmır. Yükü azaltmaq üçün telefonu göz səviyyəsinə qaldırmaq, dirsəkləri isə mümkünsə stola və ya kreslonun qollarına söykəmək lazımdır. Ən əsası bir vəziyyətdə qalmamaq və onu müntəzəm olaraq dəyişdirməkdir", - deyə nevroloq məsləhət görüb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər