Cəmiyyət
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb - Siyahı
2026-2027-ci tədris ilində Prezident təqaüdünə layiq görülən tələbələrin universitetlər üzrə sayı məlum olub. Oxu.Az AzEdu.az-a istinadla xəbər verir ki, onlardan 35-i Bakı Ali Neft Məktəbinin tələbəsidir. Digər universitetlərin siyahısını təqdim edirik: Azərbaycan Tibb Universiteti - 25 nəfər; ADA Universiteti - 18 nəfər; Bakı Dövlət Universiteti - 15 nəfər; Azərbaycan Dövlət İqtisad Universiteti - 5 nəfər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - 2 nəfər. Xatırladaq ki, Prezident İlham Əliyev 2026-2027-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilib.
Mənbə
oxu.az