Şou biznes
Keti Perrinin keçmiş əri Rassel Brend cinsi zorakılıqda ittiham olunur
Böyük Britaniyanın paytaxtı Londonda aktyor Rassel Brendə qarşı irəli sürülən təcavüz ittihamları ilə bağlı məhkəmə prosesinə start verilib. Oxu.Az "Deadline" nəşrinə istinadən xəbər verir ki, müğənni Keti Perrinin keçmiş həyat yoldaşı məhkəmədə şəxsən iştirak edib. Ona qarşı üç təcavüz, üç cinsi qısnama və bir ədəbsiz davranış ittihamı irəli sürülüb. Altı qadın tərəfindən səsləndirilən bu iddialar 1999-2009-cu illər arasında baş vermiş hadisələri əhatə edir. Brend irəli sürülən maddələrin heç biri üzrə özünü təqsirli bilməyib və ona aid edilən hüquqazidd əməlləri qəti şəkildə rədd edib. Məhkəmə prosesinin ümumilikdə 10 həftəyə qədər uzanacağı istisna edilmir. Qeyd edək ki, Rassel Brend stendap-komediyaçı kimi məşhurluq qazanıb, "Big Brother's Big Mouth" şousunun, eləcə də "BBC Radio 2" və "6 Music"də proqramların aparıcısı olub. O, həmçinin "Veqasdan qaçış" kimi Hollivud filmlərindəki rolları ilə də tanınır.
Mənbə
oxu.az