Cəmiyyət
Baş nazirdən bəzi tibb işçilərinin əməkhaqqıları ilə bağlı QƏRAR
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına əlavələrin verilməsi müddəti 2026-cı il iyuladək uzadılıb. Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Belə ki, sənədə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib. Qeyd edək ki, bu müddət oktyabrın 1-də başa çatıb.
Mənbə
oxu.az