Cəmiyyət

Azərbaycanda şair vəfat etdi - FOTO

14 May 2026, 13:06 8 baxış
Azərbaycanda şair vəfat etdi - FOTO
Əməkdar incəsənət xadimi, şair Yusif Həsənbəy 93 yaşında vəfat edib. Oxu.Az "Teleqraf"a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov məlumat verib. Qeyd edək ki, Yusif Həsənbəy xərçəng xəstəliyindən əziyyət çəkib. Şair ötən gün Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi. Yusif Həsənbəy 1932-ci il dekabrın 26-da Azərbaycanın Quba şəhərində anadan olub. Azərbaycan Dövlət Musiqi Nəşriyyatında ədəbi redaktor, "Bakı" qəzetində ədəbi işçi, tərcüməçi olub. Moskvada, M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya bölməsində təhsil alıb. 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin Quba zona şöbəsinin sədri idi.
Azərbaycanda şair vəfat etdi - FOTO Azərbaycanda şair vəfat etdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər