Cəmiyyət

Ağdaş təhsil sektoruna yeni rəhbər TƏYİN OLUNDU - FOTO

14 May 2026, 12:02 3 baxış
Ağdaş təhsil sektoruna yeni rəhbər TƏYİN OLUNDU - FOTO
Zeynal Elşad oğlu Rəşidli Ağdaş təhsil sektoruna yeni rəhbər təyin olunub. Məlumatı Oxu.Az-a onun özü təsdiq edib. Belə ki, təyinat dünən Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən həyata keçirilib və Zeynal Rəşidli bu gün kollektivə təqdim olunub. Qeyd edək ki, Zeynal Rəşidli 1996-cı ildə Bakı şəhərində anadan olub. Belə ki, o, 2024-cü ilin avqust ayından Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunda baş məsləhətçi vəzifəsində çalışıb. Hazırda Mingəçevir Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Xatırladaq ki, təyinatla bağlı ilk məlumatı teleqraf.com yayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər