Siyasət
Deputat: "Azərbaycan şəhərləri həmsədrlərin gözü qarşısında dağıdılanda onlar susurdular"
"Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan-Ermənistan münaqişəsinin 30 ilə yaxın davam etməsinin tək səbəbi İrəvanın işğalçı siyasəti deyildi. Bu prosesin arxasında beynəlxalq münasibətlər sistemində ikili standartlara əsaslanan, "münaqişənin idarə olunması" modelini "münaqişənin həlli"ndən üstün tutan siyasi yanaşma dayanırdı". Bunu Oxu.Az-a açıqlamasında deputat Elçin Mirzəbəyli deyib. O bildirib ki, ATƏT-in Minsk qrupu və onun həmsədrləri faktiki olaraq o zamankı status-kvonun saxlanılması, işğalın zamanla legitimləşdirilməsi və Azərbaycanın tarixi torpaqlarının ilhaqına zəmin yaradılması siyasətinin iştirakçılarına çevrilmişdilər:
"Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya təsadüfi dövlətlər deyildi. Onların hər biri nüvə dövlətidir, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Yəni beynəlxalq hüququn icrasına cavabdeh olan əsas güclər məhz onlar idi. Paradoks isə ondan ibarət idi ki, həmin dövlətlər BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını təmin etmək üçün real siyasi iradə nümayiş etdirmədilər. Əksinə, proses elə istiqamətləndirildi ki, o sənədlər kağız parçasına, işğal isə "danışıqlar mövzusu"na çevrildi". E.Mirzəbəyli bildirib ki, 30 ilə yaxın müddətdə həmsədrlərin dəyişməyən əsas tezisi "münaqişənin hərbi həlli yoxdur" ifadəsi idi: "Bu ifadə əslində Azərbaycanın öz suveren hüquqlarını bərpa etməsinə qarşı yönəlmiş siyasi təzyiq aləti idi. Çünki beynəlxalq qanunlar işğala məruz qalmış dövlətə öz ərazi bütövlüyünü bərpa etmək hüququ verir. Lakin Minsk qrupu Azərbaycanın bu hüququnu faktiki olaraq inkar edir, işğalçı ilə işğala məruz qalan tərəfi eyniləşdirməyə çalışırdı. Hətta müəyyən mərhələdə Ermənistanın siyasi manipulyasiyalarına uyğun olaraq "Dağlıq Qarabağ" anlayışının yerinə "Şimali Qarabağ" ifadəsinin dövriyyəyə buraxılması cəhdləri də müşahidə olunurdu. Bu, təkcə termin məsələsi deyildi. Məqsəd Azərbaycanın öz torpaqlarına sonradan "qayıdan tərəf" kimi təqdim edilməsi idi. Başqa sözlə, işğal faktı informasiya və diplomatiya müstəvisində tədricən normallaşdırılırdı. Bütün bunlar baş verərkən həmsədrlərin gözü qarşısında Azərbaycan şəhərləri yerlə-yeksan edilirdi. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər rayonlar sistemli şəkildə dağıdılmışdı. Məscidlər təhqir olunur, tarixi-mədəni irs məhv edilir, qəbiristanlıqlar vandallığa məruz qalırdı. İşğal altındakı ərazilərdə qanunsuz məskunlaşma aparılır, yeni tikintilər həyata keçirilir, Azərbaycanın təbii sərvətləri talan edilirdi. Bütün bunlar beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. Lakin Minsk qrupu ya susurdu, ya da formal bəyanatlarla məsələni ört-basdır etməyə çalışırdı". Samir Əli

Mənbə
oxu.az
Oxşar Xəbərlər