Dünya
Corc Kluni ilə görüşdə Donald Tusk öz adı ilə bağlı zarafat etdi - VİDEO
Polşanın Baş naziri Donald Tusk Hollivud aktyoru Corc Kluni ilə görüşündə adının Donald olması ilə bağlı zarafat edib. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Mənim adım Donalddır. Buna görə günahkar deyiləm, çünki bu, mənim seçimim olmayıb", - deyə Tusk aktyorla salamlaşarkən bildirib. Polşa hökumətinin başçısı görüşdən maraqlı videoparçanı "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.
Qeyd edək ki, aprelin əvvəlində Corc Kluni ABŞ-nin prezidenti Donald Trampı İrana qarşı hədələrinə görə "hərbi cinayət törətmək niyyətində olmaqda" ittiham etmişdi. Buna cavab olaraq Ağ Evin kommunikasiya direktoru Stiven Çun aktyoru hərbi cinayətkar adlandırmışdı. Öz növbəsində, Donald Tusk da dəfələrlə ABŞ liderinin qərarlarını tənqid edib, lakin o, bunu birbaşa deyil, adətən eyhamlarla etməyə üstünlük verir.

Mənbə
oxu.az