İdman

Rəşad Sadıqov finaldakı məğlubiyyəti şərh etdi

13 May 2026, 22:30 1 baxış
Rəşad Sadıqov finaldakı məğlubiyyəti şərh etdi

"Sabah" komandasının "Zirə" ilə matçda vurduğu hər iki qol ustalıq səviyyəsinin göstəricisi idi.


Axar.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sabah"a qarşı keçirdikləri Azərbaycan Kubokunun final oyunundan (2-1) sonra mətbuat konfransında deyib.


"Oyuna yaxşı başlamışdıq. Qoldan sonra 30-35 dəqiqə etibarlı müdafiə olunduq. Ardınca qapıçımız yaxşı seyvlə yadda qaldı. Təəssüf ki, ardınca rəqib 2 qol vurduq. Əslində, ikinci hissəyə də yaxşı başlamışdıq. İkinci yarının əvvələrində rəqibə qol imkanı tanımırdıq. Lakin rəqib komanda fantastik qolla hesabı bərabərləşdirdilər. Ardınca "Sabah" əks hücum zamanı ikinci dəfə fərqlənməyi bacardı. "Sabah"ın vurduğu hər iki qol ustalıq səviyyəsinin göstəricisi idi", - R.Sadıqov qeyd edib.


O, Premyer Liqada Konfrans Liqasına düşmək üçün mübarizəni davam etdirəcəklərini vurğulayıb:


"Turnir cədvəlində dördüncü sıraya yüksəlmək üçün əlimizdən gələni edəcəyik. Əsas rəqibimiz "Neftçi" bizdən 3 xal öndədir. Çempionatın bitməsinə 2 tur qalıb. İnanırıq ki, sona qədər döyüşüb, bir üst pilləyə qalxa biləcəyik".

Mənbə axar.az

Oxşar Xəbərlər