İdman

Valdas Dambrauskas: "Həmişə çalışıram ki, baxımlı futbol oynayaq"

13 May 2026, 22:42 1 baxış
Valdas Dambrauskas: "Həmişə çalışıram ki, baxımlı futbol oynayaq"
"Həmişə çalışıram ki, baxımlı futbol oynayaq". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Kubokunun finalından sonra "Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskas deyib. O bildirib ki, azarkeşlərin hücum futbolu izləməsini və həzz almasını istəyirəm: "Bu gün vurulan hər iki qol önəmli və fantastik idi. Amma bu qolların arxasında komanda işi dayanır. Mikels möhtəşəm mövsüm keçirsə də, onun yoxluğunda Kevin Parris, Xəyal Əliyev kimi futbolçularımız onu layiqincə əvəz etdilər. Mən fəxr edirəm ki, bu komandanın baş məşqçisiyəm". "Müqayisə etmək istəməzdim. İndiyə qədər çalışdığım hər bir klub mənim üçün əziz olub. Həyatımda "Hayduk Split"lə qazandığım kubok möhtəşəm idi. Lakin Azərbaycanda da bir mövsümə iki titulu birdən qazanmaq mənim üçün unudulmazdır". Qeyd edək ki, matç "Sabah" klubunun "Zirə" üzərində 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər