İdman
"Sabah"ın baş məşqçisi: "Oyunçularımı bütün mövsümə görə təbrik edirəm, onlar qəhrəmanlardır"
"Oyunçularımı bütün mövsümə görə təbrik edirəm. Onlar qəhrəmanlardır". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Kubokunun finalından sonra "Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskas deyib. O bildirib ki, biz mükəmmələ yaxın mövsüm keçirdik: "33 oyun məğlubedilməzlik seriyası qazandıq. İki kubok əldə etdik və mövsüm boyunca dominant futbol oynadıq. Bütün bunlar futbolçularımın sayəsində oldu. Onlar həqiqətən də uğura ac olduqlarını göstərdilər. Mən əlavə olaraq məşqçi heyətimizə, həkimlərə, xadimələrə, bütün klub işçilərinə təşəkkür edirəm. Xüsusilə, klub rəhbərliyinə təşəkkür edirəm. Onlar həmişə bizim yanımızda idilər. Bu mənim çalışdığım onuncu klubdur. "Sabah" klubunda möhtəşəm atfosfer var". "Zirə" klubunu da təbrik edirəm. Məşqçi işinin göründüyü klubdur. Bu oyunda bir qalib olmalı idi və yaxşı ki, o biz olduq. Mən oyundan həzz aldım". Qeyd edək ki, matç "Sabah" klubunun "Zirə" üzərində 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mənbə
oxu.az