Kriminal
Kibercinayətkarlıqda təqsirləndirilənlərə hökm oxunub
Kibercinayətkarlıqda ittiham olunaraq həbs edilən İqor Zabolotski və İlnur Valitovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, hər iki təqsirləndirilən şəxsin dörd il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib. Məhkəmədə hökm oxunub. Hökmə əsasən, İqor Zabolotski və İlnur Valitov üç il müddətinə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddəsi ilə yekun ittiham elan olunub. Onlar kibercinayətkarlıq yolu ilə əldə etdikləri 98 min manatı leqallaşdırmada ittiham edilirlər. Elgün Həsənli
Mənbə
oxu.az
Oxşar Xəbərlər