Kriminal

Kanadada cinayətkar qruplaşmalar arasında ədavət QANLA BİTDİ: Güllələnənlər var

12 May 2026, 13:26 1 baxış
Kanadada cinayətkar qruplaşmalar arasında ədavət QANLA BİTDİ: Güllələnənlər var
Kanadanın Surrey şəhərində yeraltı dayanacaqda iki şəxs güllələnərək öldürülüb. Oxu.Az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb. Qətlə yetirilənlər 16 və 18 yaşındadır, onların şəxsiyyətləri müəyyən edilib. Polis hadisəni yerli cinayətkar qruplaşmalar arasındakı mübahisə ilə əlaqələndirir. Məlumata görə, gənclərə hücum əvvəlcədən planlaşdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır, şübhəlilərin axtarışı davam edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər