Kriminal

Lökbatanda yanan anbar kimə məxsusdur? - Daha bir şirkətdən AÇIQLAMA

12 May 2026, 13:32 1 baxış
Lökbatanda yanan anbar kimə məxsusdur? - Daha bir şirkətdən AÇIQLAMA
Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsindəki yanğında "Birmarket"ə məxsus anbara da zərər dəyib. Oxu.Az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilib ki, bu səbəbdən aktiv sifarişlərin çatdırılmasında gecikmələr və yeni sifarişlərin qəbulunda çətinliklər yaşana bilər. Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində yanan anbar "Kontakt Home"a məxsus imiş. Oxu.Az xəbər verir ki, bu barədə mağazalar şəbəkəsi məlumat yayıb. "Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib. Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdırlar. Mövcud vəziyyətlə əlaqədar bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Vəziyyətlə bağlı yeni məlumatlar paylaşılacaq. Səbrinizə və etimadınıza görə minnətdarıq", - məlumatda deyilir. Hazırda Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın davam edir. Yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və iki helikopter cəlb edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər