Kriminal

Sumqayıtda uşaq bağçasında mərmiyə bənzər iki qurğu tapılıb

12 May 2026, 11:50 1 baxış
Sumqayıtda uşaq bağçasında mərmiyə bənzər iki qurğu tapılıb
Sumqayıt şəhərində 57 nömrəli körpələr evi-uşaq bağçasında həyəcanlı anlar yaşanıb. Oxu.Az "Yeni Sabah"a istinadla xəbər verir ki, yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər 2 ədəd əşya aşkar edilib. Qeyd edilib ki, hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib və müəssisədə zəruri təxliyə tədbirləri həyata keçirilib. İlkin ehtimala görə, aşkar olunan əşyaların əvvəlki dövrlərə aid köhnə materiallar arasında qalması istisna edilmir. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər