Kriminal

Suraxanıda ölümlə nəticələnən qəza olub

12 May 2026, 10:38 1 baxış
Suraxanıda ölümlə nəticələnən qəza olub
Bakı şəhəri, Suraxanı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində qeydə alınıb. Belə ki, Orxan Elxan oğlu Göyçayev "BYD Seal 05" markalı avtomobillə piyada Yekaterina Serafimovna Əzizovanı vurub. Qadın hadisə yerində ölüb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər