Kriminal
FHN polkovniki: "Hazırda yanğın baş verən anbarın daxilində söndürülmə işləri aparılır"
"Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla bağlı çağırış daxil olduqdan sonra əraziyə 40 ədəd müxtəlif təyinatlı texnika cəlb edilib". Oxu.Az xəbər verir ki, bu sözləri FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev jurnalistlərə açıqlamasında deyib. O vurğulayıb ki, yanğının anbar ərazisində baş verməsi, havanın küləkli olması və mürəkkəblik nəzərə alınaraq hadisə yerinə əlavə qüvvələr cəlb olunub: "Ümumilikdə 182 nəfər şəxsi heyət, 40 ədəd müxtəlif təyinatlı texnika cəlb edilib. Eləcə də iki helikopter yanğının söndürülməsində iştirak edib. Digər anbar yanğından mühafizə olunub. Hazırda yanğın baş verən anbarın daxilində söndürülmə işləri aparılır. Hadisənin səbəbi ilə bağlı tam məlumat araşdırmadan sonra məlumat veriləcək. Anbarda müxtəlif təyinatlı mallar olub".
Mənbə
oxu.az
Oxşar Xəbərlər