Kriminal
Səhər saatlarında Sabirabadda dəhşətli qəza: Ölən və yaralananlar var - FOTO
Sabirabadda zəncirvari qəza olub. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaragüney kəndində baş verib. Belə ki, "Mercedes Vito" mikroavtobusunun, VAZ-2109, "Opel" və "QAZel" avtomobillərinin toqquşması ilə baş verən qəzada bir nəfər ölüb, beş nəfər xəsarət alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər