Kriminal

Bakıda mağazadan seyf oğurlayan şəxs kameraya düşdü: ANBAAN GÖRÜNTÜSÜ

11 May 2026, 15:52 1 baxış
Bakıda mağazadan seyf oğurlayan şəxs kameraya düşdü: ANBAAN GÖRÜNTÜSÜ
Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən obyektlərin birindən içərisində 500 manat nağd pul və 1950 manat dəyərində hədiyyə kuponları olan seyf oğurlanıb. Oxu.Az-ın məlumatına görə, naməlum şəxs mağaza əməkdaşlarının başının qarışıq olmasından istifadə edərək seyfi ələ keçirib və obyektin arxa qapısından çıxarıb.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Maksim Mahmudov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Bakıda mağazadan seyf oğurlayan şəxs kameraya düşdü: ANBAAN GÖRÜNTÜSÜ
Mənbə oxu.az

Oxşar Xəbərlər