Kriminal
Şəmkirdə manqal qalayarkən yanıq xəsarəti alan 23 yaşlı gənc ÖLDÜ
Şəmkirdə ehtiyatsızlıq səbəbindən yanıq xəsarəti alan 23 yaşlı kişi ölüb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayon sakini, 2003-cü il təvəllüdlü Fəzail Məmmədov mayın 3-də manqal qalayan zaman benzin ilə ehtiyatsız davranması səbəbindən ağır - 3-cü dərəcəli yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq mayın 10-da vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər