Kriminal

Sükan arxasında sürücünün yuxulaması FACİƏYƏ SƏBƏB OLDU: ÖLƏN var - VİDEO

11 May 2026, 12:58 1 baxış
Sükan arxasında sürücünün yuxulaması FACİƏYƏ SƏBƏB OLDU: ÖLƏN var - VİDEO
Bakı şəhəri, Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə hadisənin şahidləri Oxu.Az-a məlumat veriblər. Şahidlərin sözlərinə görə, qəza Zığ qəsəbəsində olub. Belə ki, BYD markalı nəqliyyat vasitəsini idarə edən sürücünün sükan arxasında yuxulaması nəticəsində avtomobil yolun kənarında dayanan "Opel"ə çırpılıb. Zərbənin təsiri nəticəsində "Opel" markalı nəqliyyat vasitəsi səkidə hərəkətdə olan yaşlı qadını vurub. Nəticədə səkidə qadın hadisə yerində ölüb. Sürət həddini endirə bilməyən BYD-nin sürücüsü yol kənarında dayanmış digər avtomobilə - "Prius"a çırpılıb. Hər üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Sakinlərin sözlərinə görə, sürücülər nəqliyyat vasitələrini yüksək sürət ilə idarə etdiklərinə görə qeyd olunan ərazidə dəfələrlə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yerindən görüntüləri təqdim edirik:
Mənbə oxu.az

Oxşar Xəbərlər