Dünya
Neft bahalaşdı - SON QİYMƏT
Qlobal bazarda neft bahalaşıb. Oxu.Az xəbər verir ki, bunu ticarət məlumatları göstərir. Belə ki, Bakı vaxtı ilə saat 08:59-da Londonun ICE birjasında iyul ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 4.64% artaraq barel üçün 105.99 dollara çatıb. Nyu-York Ticarət Birjasında (NYMEX) iyun ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti isə 4.96% artaraq barel üçün 100.15 dollar olub.
Mənbə
oxu.az