Kriminal

Şəkidə iki nəfər dağlıq ərazidə köməksiz qalıb - VİDEO

11 May 2026, 09:34 1 baxış
Şəkidə iki nəfər dağlıq ərazidə köməksiz qalıb - VİDEO
Şəki rayonunda dağlıq ərazidə iki nəfər yolunu azıb və köməksiz vəziyyətdə qalıb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri axtarış-xilasetmə əməliyyatına cəlb olunublar. Gecə saatlarında keçirilmiş əməliyyat nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağlıq ərazidə azmış vətəndaşlar tapılaraq xilas olunublar.
Mənbə oxu.az

Oxşar Xəbərlər