Dünya

Tramp: "ABŞ gec-tez İranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirəcək"

11 May 2026, 02:31 1 baxış
Tramp: "ABŞ gec-tez İranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirəcək"
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun gec-tez İranın zənginləşdirilmiş uran ehtiyatlarını əldə edəcəyini bildirib. Oxu.Az xəbər verir ki, bu barədə o, "Full Measure" proqramına müsahibəsində danışıb. "Gec-tez biz onları əldə edəcəyik", - deyə Tramp bildirib. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıblar. Aprelin 7-də Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsalar da, tərəflər uzunmüddətli nizamlanma ilə bağlı razılığa gələ bilməyiblər. Aprelin 21-də ABŞ Prezidenti atəşkəs rejimini uzatmaq niyyətində olduğunu açıqlayıb. İran dövlət televiziyası isə Tehranın Vaşinqtonun birtərəfli qaydada elan etdiyi atəşkəsin uzadılmasını tanımayacağını bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər