Dünya
ABŞ Energetika Nazirliyi: İran hələ Vaşinqtonun təklifinə aydın cavab verməyib
ABŞ energetika naziri Kris Rayt İranın Vaşinqtonun sülh nizamlanması ilə bağlı təklifinə hələ dəqiq cavab vermədiyini bildirib. Oxu.Az xəbər verir ki, bu barədə o, "NBC News" telekanalına müsahibəsində danışıb. "Düşünmürəm ki, biz artıq İrandan aydın cavab eşitmişik", - deyə Rayt bildirib. Nazirin sözlərinə görə, İranla danışıqlar ləng irəliləyir. O, həmçinin qeyd edib ki, Tehranla mümkün aralıq razılaşma İranın nüvə proqramı ilə bağlı bütün məsələləri əhatə etməyə bilər. Rayt əlavə edib ki, Vaşinqton üçün İranın nüvə proqramı Hörmüz boğazının açılmasından daha prioritet məsələdir. Bundan əvvəl "Al Jazeera" telekanalı Pakistan tərəfinin ABŞ nümayəndələrinə İranın Vaşinqtonun təklifinə cavabını çatdırdığını bildirmişdi.
Mənbə
oxu.az