Dünya
İran ABŞ-nin təklifinə şərtlə cavab verdi
İran ABŞ tərəfindən münaqişənin həlli ilə bağlı təqdim olunan təklifə cavab olaraq Livanda atəşkəsin əldə olunmasını əsas şərtlərdən biri kimi irəli sürüb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb. Bildirilib ki, Pakistan vasitəçiliyi ilə göndərilən cavab mətnində əsas diqqət məcburi şəkildə başladılmış müharibənin bütün istiqamətlərdə, xüsusilə Livanda dayandırılmasına yönəlib.
Mənbə
oxu.az