Dünya
ABŞ-dən İrana mesaj: Diplomatiya davam edir, hərbi variant masadadır
ABŞ və İran münaqişənin nizamlanması ilə bağlı danışıqları davam etdirirlər. Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "ABC News" telekanalına müsahibəsində bildirib. "Bu danışıqlar və diplomatik proses davam edir. ABŞ-nin təklifinə veriləcək cavabı görəcəyik", - deyə o qeyd edib. Bununla yanaşı, Mayk Uolts ABŞ Prezidenti Donald Trampın zərurət yaranacağı təqdirdə İrana qarşı hərbi əməliyyatlara yenidən başlamağa hazır olduğunu iddia edib. "O, mümkün son məqama qədər diplomatiya üçün bütün imkanları təqdim edir. Lakin lazım olarsa, buna qayıtmağa tam hazırdır", - deyə ABŞ nümayəndəsi vurğulayıb.
Mənbə
oxu.az