Dünya

Xameneidən orduya yeni əmr: Düşmənlərə qarşı sərt tədbirlər hazırlanır

10 May 2026, 18:12 1 baxış
Xameneidən orduya yeni əmr: Düşmənlərə qarşı sərt tədbirlər hazırlanır
İranın Ali Rəhbəri Müctəba Xamenei "Xatəm əl-Ənbiya" mərkəzi hərbi qərargahının komandanı Əli Abdullahi ilə görüşü zamanı ölkənin düşmənlərinə qarşı tədbirlərin gücləndirilməsi istiqamətində orduya yeni tapşırıqlar verib. Oxu.Az xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb. Məlumata görə, Ali Rəhbərin göstərişləri İranın düşmənlərinə qarşı qətiyyətli müqavimət tədbirlərini əhatə edib. Öz növbəsində, Əli Abdullahi Müctəba Xameneini əmin edib ki, silahlı qüvvələr ona tam sadiqdir və dövlətin suverenliyini, eləcə də milli maraqlarını müdafiə etməyə hazırdır. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib. Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib. Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər