Dünya

Mirzoyandan Putinə cavab: "Ermənistan lazımi vaxtda Aİ ilə Avrasiya İttifaqı arasında seçim edəcək"

10 May 2026, 16:06 1 baxış
Mirzoyandan Putinə cavab: "Ermənistan lazımi vaxtda Aİ ilə Avrasiya İttifaqı arasında seçim edəcək"
"Ermənistan lazımi vaxtda Avropa İttifaqı (Aİ) və ya Avrasiya İqtisadi İttifaqı (Aİİ) xeyrinə qərar qəbul edəcək". Oxu.Az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri ölkənin xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında bildirib. Erməni nazir bununla da Rusiya Prezidenti Vladimir Putinin "sivil boşanma" ilə bağlı fikirlərinə münasibət bildirib. "Səmimi desək, hazırda seçki kampaniyasının qızğın çağındayıq və bütün bəyanatları, detalları izləmək üçün o qədər də vaxtımız yoxdur. Ancaq xatırlatdığınız konkret məsələyə gəldikdə, həmişə bildirmişik ki, Ermənistanın Aİİ və Aİ arasında seçim etmə vaxtı yetişdikdə, təbii ki, biz bu seçimi edəcəyik. Burada qeyri-adi heç nə yoxdur. Hazırda biz Aİİ-nin üzvüyük və bu təşkilat çərçivəsində fəaliyyətimizi davam etdiririk", - deyə Mirzoyan bildirib. Xatırladaq ki, mayın 9-da Vladimir Putin Ermənistanın Avropa İttifaqına qoşulma planlarının xüsusi diqqət tələb etdiyini bildirib. Rusiya dövlət başçısı bu məsələ ilə əlaqədar ölkədə referendum keçirilməsini təklif edib. O, həmçinin qeyd edib ki, əgər ermənilər bu təşəbbüsü dəstəkləyərlərsə, o zaman Rusiya "sivil boşanma prosesinə" başlaya bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər