Dünya

Kruiz gəmisindən hantavirusa yoluxan sərnişinlərin təxliyəsinə başlanılıb - VİDEO

10 May 2026, 13:36 1 baxış
Kruiz gəmisindən hantavirusa yoluxan sərnişinlərin təxliyəsinə başlanılıb - VİDEO
"Göyərtəsində hantavirus infeksiyasının yayıldığı "MV Hondius" kruiz gəmisindən sərnişinlərin təxliyəsi üzrə sonuncu reysin mayın 11-də həyata keçirilməsi nəzərdə tutulur". Oxu.Az xəbər verir ki, bu barədə İspaniyanın səhiyyə naziri Monika Qarsiya mətbuat nümayəndələrinə açıqlamasında bildirib. Nazir qeyd edib ki, hazırda bütün sərnişinlərdə xəstəlik simptomsuz keçir. Onun sözlərinə görə, gəmini ilk olaraq onlar üçün xüsusi təyyarə ayrılmış İspaniya vətəndaşları tərk edəcəklər. Daha sonra Niderland sakinləri təxliyə olunacaqlar. Bu dövlət eyni zamanda Belçika, Almaniya, Yunanıstan vətəndaşlarını və gəmi heyətinin bir qismini də aparacaq. İspaniyanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, artıq ilk qrup kruiz laynerini tərk etməyə başlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər