Siyasət
"Heydər Əliyev mədəniyyətlə yaşayan bir şəxsiyyət olub" - Sənət adamları ulu öndər haqqında danışdılar - FOTO
Ulu öndər Heydər Əliyevin Azərbaycan incəsənətinə, ədəbiyyatına və mədəniyyətinə olan sevgisi və qayğısı onun dövlətçilik fəaliyyətinin təməl sütunlarından biri olub. Ulu öndər incəsənəti xalqın mənəvi zənginliyinin və milli kimliyinin göstəricisi, xalqın böyük sərvəti hesab edirdi. Bu gün ədəbiyyat və sənət adamları onu məhəbbətlə xatırlayırlar. Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Biz ona həmişə rəhmət oxuyuruq" Xalq artisti Rafiq Əzimov "Ulu öndər bizim sənətimizi çox sevirdi", - deyə xatırlayır: "O, teatr sənətinin vurğunu idi. Bu da səbəbsiz deyildi, gənc olarkən aktyor olmağı arzulamışdı. Müəllimi İbrahim Həmzəyev dram dərnəyinin rəhbəri olub. Mən teatrda onların bir-birini necə qucaqlamalarının şahidi olmuşam. O, həmişə tamaşalarımıza baxmağa gələr, sonda da bütün kollektivlə şəkil çəkdirərdi. Xüsusən tarixi əsərlərin vurğunu idi. Tamaşaları təcrübəli teatrşünaslar kimi təhlil edirdi". R.Əzimov ulu öndərin tamaşalara böyük marağından danışır: "Yadımdadır, "Burla Xatun" tamaşasına gələndə pyesin müəllifi Nəbi Xəzridən yubileyinin nə vaxt olacağını soruşdu. Nəbi Xəzri "elə bu gün", - deyə cavab verdi. "Sən nə danışırsan? Sən cavan oğlansan ki..." - deyə zarafat etdi. Sonra da "onda sənə hədiyyə düşür, 70 ilik yubileyindir", - dedi. Nəbi Xəzri də "Sizin bu tamaşaya gəlib baxmağınız elə bizim üçün ən böyük hədiyyədir", - deyə təşəkkür etdi.
Sabit Rəhmanın əsərlərindən parçaları oynayanda da axıra qədər tamaşaya baxdı və işimizə yüksək qiymət verdi. O, bizim əksər tamaşalarımıza həvəslə gəlirdi. Biz çox sevinirdik ki, ulu öndər tamaşalarımıza böyük maraqla baxır və hamını ad və soyadı ilə tanıyır. Biz ona həmişə rəhmət oxuyuruq. Övladlarımıza, nəvə-nəticələrimizə onun bizə göstərdiyi qayğıdan danışırıq. İndi bu qayğını bizə ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev göstərir".
"Həmişə səfərləri zamanı bizi özü ilə rayonlara aparırdı" Xalq şairi Sabir Rüstəmxanlı bildirdi ki, Heydər Əliyev Azərbaycanın tarixən yetirdiyi nadir şəxsiyyətlərdəndir: "Onun ən böyük şəxsi keyfiyyətlərindən biri Azərbaycan tarixini yaxşı bilməsi və mədəniyyətimizə xüsusi diqqət göstərməsi idi. Azərbaycanın yetişdirdiyi böyük sənətkarları həmişə önə çıxarmağa, yubileylərini yüksək səviyyədə keçirməyə çalışırdı. "Nəsimi", "Babək" haqqında filmlər onun təşəbbüsü ilə çəkilmişdi. Hüseyn Cavidin nəşinin qalıqları onun təkidi və Moskvadakı nüfuzu ilə Azərbaycana gətirilmişdi. Cavid Naxçıvanda dəfn olundu, məqbərəsi tikildi, Bakıda möhtəşəm abidəsi qoyuldu".
S.Rüstəmxanlı ulu öndərlə rayonlara səfərlərini də xatırlayır: "Biz gənc şairlər idik. Həmişə səfərləri zamanı bizi özü ilə rayonlara aparırdı. Pambıq tarlalarına, taxıl zəmilərinə gedir, kəndlilərlə, zəhmətkeşlərlə görüşlərdə iştirak edirdik. Sonda bizi qəbul edir və deyirdi: "Mən sizi gətirməmişəm ki, qayıdandan sonra haqqımda tərifli yazılar yazasınız. Gətirmişəm ki, bizim insanlarımızı, milli xüsusiyyətlərimizi görəsiniz, insanlarla ünsiyyətdə olasınız". O, bütün ciddi ədəbiyyat tədbirlərində iştirak edirdi. Yazıçıların qurultayında ədəbiyyat adamı kimi çıxış edirdi. Bizim bütün qeydlərimizi, tənqidlərimizi dinləyirdi, anında da həlli üçün göstəriş verirdi". S.Rüstəmxanlı deyir ki, Heydər Əliyev müstəqillik illərində də ədəbiyyata olan münasibətini dəyişməyib: "50 yaşım olanda təyyarədə məndən yubileyimi qeyd edib-etməyəcəyimi soruşdu. Dedim ki, "yox, müharibənin, bu qədər dərdin-bəlanın içindəyik..." Dedi ki, "sən eləməzsən, mən edərəm..." O, belə diqqətli rəhbər idi. Tarix öz məntiqi və axarı ilə hər kəsə qiymət verir. Zaman keçdikcə onun dəyəri daha da böyüyəcək".
Sən elə bir zirvəsən ki... Əməkdar İncəsənət xadimi, şair Baba Vəziroğlu da xatırlayır ki, ulu öndər hər dəfə səfərlərə gedəndə bir neçə sənət adamını da özü ilə aparırdı: "Belə səfərlərdə çay süfrələrində vəzifə adamları ilə deyil, sənət adamları ilə otururdu. Zəhmi o qədər ağır idi ki, onun yanında nəinki söz demək, çay içməyə də ehtiyat edirdin. Sıxılmağımızı görəndə, aranı isinişdirmək üçün səmimi söhbətlər edirdi. İllər boyu onunla səfərlərim, onu yaxından izləməyim sonradan "Sən elə bir zirvəsən ki" mahnısının yaranmasına səbəb oldu. Bu mahnı ulu öndərin şəxsiyyətini və fəaliyyətini bütünlüklə əks etdirir".
"Səttar Bəhlulzadənin yaradıcılığını çox sevirdi" "Heydər Əliyev dahi şəxsiyyət olub", - deyə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov xatirələrini bölüşüb: "Heydər Əliyev həmişə incəsənət, mədəniyyət və ədəbiyyat sahəsinə xüsusi diqqət göstərib. 1969-cu ildə hakimiyyətə gələndə verdiyi ilk sərəncamlardan biri Rəssamlar İttifaqının sərgi salonunun yaradılması ilə bağlı oldu. Tahir Salahovu çağırıb: "Bu, məndən sizə hədiyyə olsun", - dedi. Heydər Əliyevin rəssamlığa böyük marağı vardı. Çəkdiyi əsərlərdən bir neçəsi Naxçıvanda Heydər Əliyev Muzeyində nümayiş olunur. Həmişə "Mən rəssam olmaq istəyirdim" deyirdi. Ulu öndər rəssamların sərgisində iştirak edir və onların yaradıcılığına böyük qiymət verirdi. Rəssamların yaşayışını, evlə təmin olunmalarını, xəstə olanda xaricə müalicəyə göndərilmələrinı, maddi təminatlarını diqqətdə saxlayırdı. Həmişə deyirdi ki, Azərbaycan rəssamları dünyada tanınan sənətkarlardır. Təkcə mən yox, hamımız onlara dəstək olmalıyıq".
A.İbrahimov bildirir ki, Heydər Əliyev sənətlə, mədəniyyətlə yaşayan bir şəxsiyyət olub: "Səttar Bəhlulzadənin yaradıcılığını çox sevirdi. Onun sərgisi açılanda əsərləri haqqında elə fikirlər söylədi ki... Evində Azərbaycan rəssamlarının əsərlərindən ibarət gözəl kolleksiyası vardı". A.İbrahimov bildirir ki, Heydər Əliyev rəssamlığın inkişafı üçün böyük işlər görüb: "Rəssamlar üçün yaşayış binası tikdirdi. 750-dən çox rəssama emalatxana bağışladı. Rəssamların yubileyləri olanda zəng edib təbrik edər, problemləri ilə maraqlanardı".

Mənbə
oxu.az
Oxşar Xəbərlər