İdman
"İnter" "Latsio"nu məğlub edərək İtaliya Kubokunun qalibi oldu
İtaliya Kubokunun 2025/2026 mövsümünün finalında "İnter Milan" "Latsio" üzərində 2:0 hesablı qələbə qazanaraq turnirin qalibi olub. Oxu.Az xəbər verir ki, görüş Romanın "Olimpiko" stadionunda keçirilib. Matçın 14-cü dəqiqəsində "Latsio"nun müdafiəçisi Adam Maruşiç topu öz qapısından keçirib. Milan təmsilçisinin ikinci qolunu isə 35-ci dəqiqədə Lautaro Martines vurub. Yarımfinal mərhələsində "İnter Milan" ümumi hesabda "Komo"ya 3:2 hesabı ilə qalib gəlib. "Latsio" isə yarımfinalda "Atalanta BC" klubunu penaltilər seriyasında mübarizədən kənarlaşdırıb. Ötən mövsüm İtaliya Kubokunun qalibi finalda "Milan"ı 1:0 hesabı ilə məğlub edən "Bolonya" olmuşdu.
Mənbə
oxu.az