Dünya
İran internet qadağalarını ləğv etməyə hazırlaşır
İran hakimiyyəti ölkədə beynəlxalq internetə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılacağını açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumat SEPAH-a yaxın "Telegram" kanallarında yayılıb. "NetBlocks" təşkilatının məlumatına görə, İranda beynəlxalq internetlə bağlı məhdudiyyətlər artıq 75 gündür davam edir. Bu müddət dünyada qeydə alınan ən uzunmüddətli internet məhdudiyyətlərindən biri hesab olunur. Məlumata əsasən, məhdudiyyətlərin tətbiqinə səbəb kimi 2025-ci il dekabrın 28-də başlayan etiraz aksiyaları və 2026-cı il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar göstərilir.
Mənbə
oxu.az