Dünya

Çilidə güclü zəlzələ baş verib

10 May 2026, 09:16 1 baxış
Çilidə güclü zəlzələ baş verib
Çilinin mərkəzi bölgəsində 5.8 maqnitudalı yeraltı təkanlar baş verib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayımlayıb. Yeraltı təkanların episentri təxminən 22 000 nəfər əhalisi olan Lebu şəhərindən 34 km cənub-qərb istiqamətində yerləşib. Zəlzələ ocağı 23 km dərinlikdə qeydə alınıb. Dağıntılar və xəsarət alanlar barədə heç bir məlumat daxil olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər