Dünya

Putin: "ABŞ və İranın mövqeləri sərtləşdi, vəziyyət dalana dirəndi"

10 May 2026, 01:00 1 baxış
Putin: "ABŞ və İranın mövqeləri sərtləşdi, vəziyyət dalana dirəndi"
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva İranın dinc nüvə proqramı məsələsinin həlli ilə bağlı yardım təklif edib. Lakin sonradan ABŞ və İranın mövqelərinin sərtləşməsi səbəbindən vəziyyət dalana dirənib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, Putin bunu jurnalistlərin suallarını cavablandırarkən deyib. Rusiya liderinin sözlərinə görə, Moskva hələ 2015-ci ildə zənginləşdirilmiş uranın İrandan çıxarılması ilə bağlı yardım təklif etmişdi. "Dinc atom sahəsində əməkdaşlığımız mövcud siyasi vəziyyətdən asılı deyil. Biz bunu 2015-ci ildə etdik və bu addım maraqlı tərəflərlə İran arasında müqavilənin bağlanmasının əsasını təşkil etdi. Yəni çox müsbət rol oynadı. Belə təcrübə var və mən indi də dedim ki, bu təcrübəni təkrarlamağa hazırıq", - deyə Putin bildirib. O qeyd edib ki, ilkin mərhələdə ABŞ, İran və İsrail nümayəndələri bu təşəbbüslə razılaşmışdılar. Lakin Putinin sözlərinə görə, sonradan ABŞ mövqeyini sərtləşdirərək zənginləşdirilmiş uranın yalnız öz ərazisinə çıxarılmasını tələb edib. İran isə buna cavab olaraq ölkə daxilində birgə müəssisənin yaradılmasını təklif edib. "Bu istiqamətdə vəziyyət müəyyən mənada dalana dirənib", - deyə Rusiya prezidenti vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər