Kriminal

Mərakeşli və iki əfqan Azərbaycan-Gürcüstan sərhədində saxlanıldılar - Foto

08 Oct 2026, 18:28 5 baxış
Mərakeşli və iki əfqan Azərbaycan-Gürcüstan sərhədində saxlanıldılar - Foto
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində oktyabr ayının 6-da həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində bir nəfər Mərakeş Krallığı vətəndaşı, oktyabrın 7-də isə "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində iki nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar. Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Mərakeşli və iki əfqan Azərbaycan-Gürcüstan sərhədində saxlanıldılar - Foto Mərakeşli və iki əfqan Azərbaycan-Gürcüstan sərhədində saxlanıldılar - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər