Kriminal

Sərhədi pozmağa cəhd edən əcnəbilər saxlanıldı

08 Oct 2026, 18:27 4 baxış
Sərhədi pozmağa cəhd edən əcnəbilər saxlanıldı

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.


Bu barədə Axar.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.


Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində oktyabr ayının 6-da həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Mərakeşin 1 vətəndaşı, oktyabrın 7-də isə "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində Əfqanıstanın 2 vətəndaşı Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.


Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər