Digər
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
İsrail ordusu Qəzza zolağında HƏMAS hərəkatının hərbi qanadının komandirini zərərsizləşdirib.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İbrahim Alam anklavın cənub bölgəsi Xan Yunis şəhəri yaxınlığında öldürülüb.
O, 7 oktyabr 2023-cü ildə Fələstin radikallarının İsrailə hücumunda və israillilərin öldürülməsində iştirak edib.
Mənbə
axar.az