Şou biznes

Tanınmış türkiyəli müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

08 Oct 2026, 19:02 4 baxış
Tanınmış türkiyəli müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Türkiyənin tanınmış müğənnisi Atilla Taşın qızı Sezen Taş Mersində yerləşən yaşayış kompleksindəki binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Oxu.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Erdemli rayonunun Çeşmeli məhəlləsində yerləşən istirahət kompleksində baş verib. Daxil olan çağırış üzrə əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlərin keçirdiyi baxış zamanı Sezen Taşın hadisə yerində dünyasını dəyişdiyi müəyyən edilib. Məsələ ilə bağlı istintaq-araşdırma tədbirlərinə başlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər