Kriminal

Göygöldə ağır qəza: Qardaşlar xəsarət aldılar

09 May 2026, 14:36 1 baxış
Göygöldə ağır qəza: Qardaşlar xəsarət aldılar
Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 12 radələrində rayonun Quşqara kəndi ərazisində qeydə alınıb. Yolda hərəkətdə olan VAZ-2106 markalı avtomobil qarşıdan gələn "Chevrolet" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində VAZ-2106 markalı avtomobildə olan sürücü, rayonun Nadel kənd sakini, 1993-cü il təvəllüdlü Orxan Həsənli və onun sərnişini olan qardaşı Tərxan Həsənli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər