Dünya
Tramp Rusiya və Ukrayna arasında atəşkəsin uzadılması ehtimalından danışdı - VİDEO
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında atəşkəsin uzadılması ehtimalının olduğunu bəyan edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərlə söhbətində məlumat verib.
"Belə bir razılaşma ola bilər. Atəşkəsin əhəmiyyətli dərəcədə uzadılmasını görmək istəyirəm. Mən istərdim ki, bu münaqişə başa çatsın" - deyə Ağ Ev rəhbəri bildirib. Xatırladaq ki, Rusiya lideri Vladimir Putinin qərarına uyğun olaraq, 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə rəsmi Moskva mayın 8-də yerli vaxtla 00:00-dan mayın 10-a qədər atəşkəs elan edib. Dünən Rusiya ilə ABŞ arasında telefon əlaqələri, həmçinin Vaşinqtonun Kiyevlə qarşılıqlı əməkdaşlığı nəticəsində 9-11 may tarixlərində atəşkəs barədə razılıqlar əldə edilib. Bundan əlavə, Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynada münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün nümayəndələrini Moskvaya göndərə bilər: "Yaxşı, mən bunu edərdim. Münaqişənin həllinə kömək edəcəyimə qərar versəm, belə addım atacağam".

Mənbə
oxu.az