Dünya

Ceffri Epşteynin kabinetindən götürülmüş rəsm əsəri satışa çıxarıldı - FOTO

09 May 2026, 07:20 1 baxış
Ceffri Epşteynin kabinetindən götürülmüş rəsm əsəri satışa çıxarıldı - FOTO
Amerikalı maliyyəçi Ceffri Epşteynin kabinetindən götürülmüş rəsm əsəri "eBay"də 25 000 dollara satışa çıxarılıb. Lakin daha sonra elan silinib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "The New York Post" nəşri məlumat verib. İstifadəçilər Ceffri Epşteynin Nyu-Yorkdakı evində iş masasının üzərində asılmış olan Kes van Donqenin "Femme Fatale" rəsminin reproduksiyasını "eBay"də aşkar ediblər.
{{gallery}} Satıcı iddia edib ki, rəsm əsəri daha əvvəl Epşteynin əmlakının satıldığı Nyu-Cersidəki "Millea Bros." hərracında 275 dollara satın alınıb. "The New York Post" şərh almaq üçün "eBay" ilə əlaqə saxladıqdan sonra lot silinib. Platformanın nümayəndəsi satıcının qaydaları pozduğunu bildirib. Rəsmin orijinalı 2004-cü ildə 5.9 milyon dollara satılıb. Onun reproduksiyanın gələcək sahibi - Ceffri Epşteyn 2019-cu ildə həbsxana kamerasında intihar edib. O, insan alveri ittihamı üzrə məhkəməsini gözləyirdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər