Dünya
ABŞ-də Haiti prezidentinin qətl işi üzrə dörd nəfər təqsirli bilinib
ABŞ məhkəməsi 2021-ci ildə öldürülən Haiti prezidenti Jovenel Moizin oğurlanması və ya qətli məqsədilə qurulan sui-qəsd planında ittiham olunan dörd nəfəri təqsirli bilib. Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, hökm ABŞ-nin Florida ştatının cənub dairəsi üzrə federal məhkəməsi tərəfindən çıxarılıb. Məlumata görə, məhkum olunan şəxslərin hamısı Mayamidə yerləşən "Counter Terrorism Unit Federal Academy" mühafizə şirkəti ilə əlaqəli olublar.
Mənbə
oxu.az