Dünya
ABŞ "Alliqatorlu Alkatras" miqrant həbsxanasını bağlamağı planlaşdırır
ABŞ hökuməti məşhur həbsxananın şərəfinə adlandırılan və qeyri-qanuni immiqrantların saxlanıldığı "Alliqatorlu Alkatras" mərkəzinin fəaliyyətini dayandırmağı planlaşdırır. Oxu.Az-ın "Miami Herald" nəşrinə istinadən məlumatına əsasən, bu barədə mərkəzin yerləşdiyi Florida ştatının qubernatoru Ron DeSantis açıqlama verib. "Bu mərkəzi bağlamaq imkanımız olsa idi, çox müsbət addım olardı. Hazırda bağlanma məsələsi ətrafında müzakirələr gedir", - deyə qubernator mətbuat nümayəndələrinə bildirib. DeSantis qeyd edib ki, Daxili Təhlükəsizlik Departamentinin yeni rəhbəri Markueyn Mallinin həbsxanaya "yeni baxışı" nəticəsində siyasətdə dəyişikliklər baş verib. Nəşrin məlumatına görə, həm Florida rəhbərliyinin, həm də federal hökumətin bu həbsxanadan imtina etmək niyyəti "onların mövqeyindəki kəskin fərqi" nümayiş etdirir. Əvvəllər rəsmi orqanlar bu müəssisəni qeyri-qanuni immiqrasiyaya qarşı mübarizədə nümunəvi model kimi təqdim edirdilər. Hətta Florida ştatı mərkəzin bağlanması təşəbbüslərinə qarşı aparılan məhkəmə çəkişmələrinə yüz minlərlə dollar vəsait xərcləmişdi.
Mənbə
oxu.az