Kriminal
Sevdiyi qızı qaçıran gəncə hökm oxunub
Sevdiyi qızı qaçırtmaqda təqsirləndirilən İsgəndər İsgəndərov və dostu Əlisaab Abdullayevin cinayət işi üzrə məhkəmə yekunlaşıb. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Prokuror ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxslərin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunmasını təklif edib. Vəkillər müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökm elan edilərək İsgəndər İsgəndərova 3 il, Əlisaab Abdullayeva isə 2 il müddətinə şərti cəza təyin edilib. Qeyd edək ki, istintaq dövründə hər iki şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə adam oğurluğu) və 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək) maddələri ilə ittiham irəli sürülüb. Elgün Həsənli
Mənbə
oxu.az
Oxşar Xəbərlər