Kriminal
Qubada restoranda ofisiant qəfil ölüb
Quba rayonunda iaşə obyektlərinin birində ölüm hadisəsi baş verib. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, mayın 7-si saat 8 radələrində Güləzi kəndinin ərazisində yerləşən "Xınalıq" restoranında ofisiant işləyən kənd sakini 1963-cü il təvəllüdlü Zahid İmambala oğlu Seyidbalayev qəfil vəfat edib. Onun infarktdan öldüyü bildirilib. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər